İspaniyada kirayə haqlarının artmasına, yaşayış xərclərinin bahalaşmasına və əməkhaqlarının aşağı olmasına etiraz edən işçilər 14 illik fasilədən sonra ilk dəfə ümumi tətil elan ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Madrid və Barselonada keçirilən nümayişlərdə polis ilə etirazçılar arasında qarşıdurma baş verib. Zibil konteynerləri yandırılıb, onlarla şəxs saxlanılıb.
İspaniyada mənzil kirayələrinin bahalaşmasına və yaşayış xərclərinin artmasına etiraz edən işçilər 14 ildən sonra ilk dəfə ümumi tətilə başlayıblar. Zavodlardan limanlara, ictimai nəqliyyatdan digər sahələrə qədər geniş miqyasda iş dayandırılıb.
Paytaxt Madriddə təxminən 120 min nəfər küçələrə çıxıb, Barselonada isə 50 mindən çox insan yürüş keçirib. Nümayişlər səbəbindən bir çox əsas avtomobil yolunda hərəkət iflic olub, ictimai nəqliyyatın fəaliyyətində ciddi fasilələr yaranıb.
Noyabrın 11-də axşam saatlarında Barselonada etirazçılarla polis arasında toqquşmalar baş verib. Bəzi zibil konteynerləri yandırılıb, polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, baş verən hadisələrlə əlaqədar onlarla şəxs saxlanılıb.