ABŞ-nin paytaxtı Vaşinqtonda Ağ Evdən təxminən 1,6 kilometr məsafədə yerləşən Loqan Sirkıl (Logan Circle) məhəlləsində baş verən atışma nəticəsində azı dörd nəfər güllə yarası alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat verib.
Hadisə yerində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlı polis bölmələri araşdırma aparır.