ABŞ-nin İsrailə “Müharibəyə hazır olun” xəbərdarlığı etdiyi barədə yayılan iddialara ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) cavab verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, CENTCOM İsrail mətbuatında ABŞ-nin İrana qarşı hücumları davam etdirmək üçün hazırlıq gördüyü barədə yayılan məlumatları təkzib edərək, bu iddiaları əsassız adlandırıb.
Qurumun açıqlamasında sözügedən məlumatların tamamilə fərziyyədən ibarət olduğu bildirilib.