İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-nin İranın irəli sürdüyü şərtlərə verdiyi cavabların həyata keçirilməsi mümkün olmayan təkliflər olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib ki, Vaşinqton administrasiyası artıq konkret addımlar atmalıdır. Qəribabadinin sözlərinə görə, ABŞ İranın bəzi şərtlərinin icrasını daha sonrakı tarixə təxirə salıb. Bu yanaşma davam edərsə, tərəflər arasında hər hansı razılığın əldə olunması mümkün olmayacaq.
İranın xarici işlər nazirinin müavini ölkə mətbuatına açıqlamasında Tehranın Hörmüz boğazının açılmasına dair hazırladığı planın icra müddətini 7 gündən 2 günə endirdiyini də bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı Qətər və Pakistan vasitəsilə vasitəçilərlə danışıqlar aparılır. Qəribabadi planın iki gün ərzində həyata keçirilə biləcəyini vurğulayıb.
Qəribabadi İranın diplomatik öhdəliklərini yerinə yetirdiyini diqqətə çatdıraraq bir daha ABŞ-ni konkret addımlar atmağa çağırıb. O bildirib ki, Vaşinqton İranın bəzi şərtlərinin icrasını təxirə salmaqda davam edərsə, tərəflər arasında razılığın əldə olunması mümkün olmayacaq.