logo
logo logo
logo

FTB süni intellekt aləti ilə bağlı xəbərdarlıq yaydı

12:59 - 18 Noyabr 2026

FTB süni intellekt aləti ilə bağlı xəbərdarlıq yaydı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) kiberhücumların avtomatlaşdırılması üçün istifadə edilən ARTEX adlı açıq mənbəli süni intellekt aləti ilə bağlı xəbərdarlıq yayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, FTB-nin məlumatına görə, avqust ayından etibarən müxtəlif zərərli niyyətli kibertəhlükə qrupları ARTEX-dən istifadə edərək dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlara qarşı hücum kampaniyaları həyata keçirib.

Hədəfə alınan qurumlar arasında maliyyə xidmətləri, dövlət idarəetməsi, texnologiya, müdafiə sənayesi, yarımkeçiricilər, enerji, səhiyyə, istehsal, telekommunikasiya və hüquq sahələrində fəaliyyət göstərən təşkilatlar yer alıb.

Xəbərdarlıqda süni intellekt əsaslı bu alətin zərərli niyyətli şəxslərə kiberhücumları daha qısa müddətdə həyata keçirməyə imkan verə biləcəyi vurğulanıb.

FTB-nin xəbərdarlıq mətnində bildirilir:

“ARTEX hücum üsullarını əlaqələndirmək üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bəzi sistemlərə qanunsuz daxilolma cəhdləri ilkin hədəfləmədən imtiyazlı giriş əldə edilməsinədək üç saatdan az müddətdə başa çatır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az