İordaniyada təlim uçuşu zamanı hərbi helikopter qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Black Hawk” tipli helikopterlərdən biri qəzaya düşüb.
Hadisə nəticəsində 5 hərbçi yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.