Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp APEC sammitində iştirak etmək üçün Filippindən Çinə səfər edib. O, Şençjen Baoan Beynəlxalq Hava Limanında Çin lideri Si Cinpin tərəfindən qarşılanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Şençjen şəhərinə gələn ABŞ Prezidenti Donald Trampı hava limanında şəxsən qarşılayıb. Bununla da Si Cinpin ilk dəfə ABŞ prezidentini hava limanında qarşılamış olub.
İndiyədək heç bir ABŞ prezidentini hava limanında qarşılamayan Si Cinpin bu dəfə Donald Trampı şəxsən qarşılayaraq protokolda ilkə imza atıb. Çin lideri Tramp təyyarədən enərkən onu qucaqlayıb.
İki ölkənin dövlət himnləri səsləndirilib, hərbi təyyarələr isə nümunəvi uçuşlar həyata keçirib. Tramp Si Cinpinlə qırmızı xalça üzərində yürüdükdən sonra avtomobilinə minərək hava limanını tərk edib.
Qeyd edək ki, Tramp da sentyabr ayında ABŞ-yə səfər edən Si Cinpini Endryus Birgə Hərbi Bazasında şəxsən qarşılamışdı.
Rusiya Prezidenti Vladimir Putin isə bu gün Şençjenə gəldikdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Daimi Komitəsinin üzvü Tsay Tsi tərəfindən qarşılanmışdı.