ABŞ-nin Kaliforniya ştatında güclü zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Pinnakls Milli Parkının 10 kilometr şimal-qərbində yerləşib.
Bildirilib ki, yeraltı təkanların maqnitudası 5,0 olub və zəlzələ 6,7 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilməyib.