logo
logo logo
logo

13 ən etibarlı işlənmiş avtomobil - SİYAHI

16:48 - 21 Noyabr 2026

13 ən etibarlı işlənmiş avtomobil - SİYAHI

Bir çox sürücü üçün istifadə edilmiş avtomobil seçərkən etibarlılıq əsas meyarlardan biridir. Çox az adam avtomobilinin tez-tez xarab olmasını istəyir.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, FinanceBuzz ekspertlərin hətta böyük yürüşlə belə almağı tövsiyə etdiyi 13 işlənmiş avtomobili qeyd edib. Onların fikrincə, bu modellər nadir hallarda nasazlıqla üzləşirlər.

13 ən etibarlı işlənmiş avtomobillər:

1. Toyota Camry (2007-2017)

2. Honda Accord (2008-2017)

3. Toyota Prius (2010-2015)

4. Subaru Outback (2013-2019)

5. Lexus RX 350 (2007-2015)

6. Ford F-150 (2011-2014)

7. Honda CR-V (2012-2016)

8. Toyota Tacoma (2005-2015)

9. Honda Fit (2002)

10. Chevrolet Silverado 1500 (2007-2013)

11. Toyota Avalon (2005-2012)

12. Volvo XC90 (2005-2014)

13. Mazda3 (2010-2013)

Bu reytinqin lideri altıncı və yeddinci nəsil Toyota Camry sedanı olub. Mütəxəssislərin fikrincə, bu model təkcə əla etibarlılıq deyil, həm də geniş baqaj, eləcə də kifayət qədər aşağı yanacaq sərfiyyatı təklif edir.

Ekspertlər həmçinin ABŞ-da ən populyar avtomobillərdən biri olaraq qalan Ford F-150 pikapına diqqət etməyi məsləhət görüblər. Onlar vurğulayıblar ki, 5,0 litrlik V8 Coyote mühərriki olan modeli almaq üçün düşünməyə dəyər.

Daha bir etibarlı pikap Chevrolet Silverado olub. Ekspertlər bu modeli yalnız 4,8 litrlik və ya 5,3 litrlik V8 mühərriki ilə almağı məsləhət görürlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az