logo
logo logo
logo

Sərvətinin 90%-ni itirdi - Artıq milyarder deyil

21:20 - 21 Noyabr 2026

Sərvətinin 90%-ni itirdi - Artıq milyarder deyil

Çinin süni intellekt korporasiyası “MiniMax”ın təsisçisi Yan Junjie şirkətin dəyərinin kəskin şəkildə azalması səbəbindən milyarder statusunu itirib.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda “Forbes” məlumat yayıb.

“UOB Kay Hian” maliyyə qrupunda fərdi sərvətlərin idarə edilməsi üzrə direktor Kennet Qo nəşrə bildirib ki, süni intellekt bazarı ilə bağlı investorların artan narahatlıqları fonunda “MiniMax” çətinliklərlə üzləşib. Qonun sözlərinə görə, noyabrın 20-də şirkətin dəyəri kəskin şəkildə düşüb; buna səbəblərdən biri bəzi investorların öz kapitalını “Anthropic” şirkətinə yönəltməsi ola bilər.

“Forbes”ə əsasən, Çinin süni intellekt sektorundakı gərgin rəqabət və investorların narahatlıqları fonunda “MiniMax”ın qiymətli kağızlarının dəyəri 90%-dən çox düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az