logo
logo logo
logo

Kolumbiyada Starlink ilə bağlı araşdırma başladıldı

12:37 - 23 Noyabr 2026

Kolumbiyada Starlink ilə bağlı araşdırma başladıldı

Kolumbiya qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədiyi iddiası ilə Starlink Kolumbiya şirkəti barəsində inzibati araşdırmaya başlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkə ərazisindəki həbsxanalarda telekommunikasiya siqnallarının qarşısının alınması ilə bağlı tələblərə əməl etməməkdə şübhəli bilinən şirkətə qarşı rəsmi ittiham irəli sürülüb.

Kolumbiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib. Açıqlamada bildirilib ki, ölkə ərazisindəki həbsxanalarda telekommunikasiya siqnallarının bloklanması ilə bağlı qanuni öhdəliklərin yerinə yetirilmədiyi iddiası əsasında Starlink Kolumbiya barəsində inzibati araşdırma başlanılıb və şirkətə qarşı rəsmi ittiham irəli sürülüb.

Bu addım noyabrın əvvəlində paytaxt Boqotanın cənubunda yerləşən La Pikota həbsxanasında keçirilən əməliyyatdan sonra atılıb. Əməliyyat zamanı 3 754 SİM-kart, 582 mobil telefon, 38 modem, 6 Starlink peyk antenası və digər elektron qurğular da daxil olmaqla, çoxsaylı rabitə avadanlıqları müsadirə edilib.

Bundan sonra ölkə üzrə digər həbsxanalarda da yoxlamalar aparılıb. Nəticədə daha dörd həbsxanada aktiv Starlink Wi-Fi şəbəkələrinin fəaliyyət göstərdiyi təsdiqlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az