logo
logo logo
logo

İranda elektrik enerjisi çatışmazlığı yaşanır

15:40 - 25 Noyabr 2026

İranda elektrik enerjisi çatışmazlığı yaşanır

Dünyanın ikinci ən böyük təbii qaz və üçüncü ən böyük neft ehtiyatlarına malik İranın milyonlarla sakini elektrik enerjisinin kəsilməsi ilə üzləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bazar günü başlayan fasilələrin gündə iki saata qədər davam edəcəyi gözlənilir. Uzun illərdir davam edən sanksiyalar, köhnəlmiş enerji infrastrukturu və kifayət qədər investisiyanın yatırılmaması ilə yanaşı, müharibə zamanı enerji obyektlərinin hədəfə alınması da ölkənin yeraltı sərvətlərini elektrik enerjisinə çevirməsinə mane olur.

İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci, neft ehtiyatlarına görə isə üçüncü yerdədir. Buna baxmayaraq, ölkə qış mövsümü ərəfəsində elektrik enerjisinin paylanmasını məhdudlaşdırmaq məcburiyyətində qalıb.

“Al Jazeera” telekanalının noyabrın 25-də yaydığı məlumata görə, 92 milyon nəfəri elektrik enerjisi ilə təmin edən İranda noyabrın 22-dən etibarən müxtəlif bölgələrdə fərqli müddətlərdə elektrik kəsintiləri tətbiq olunur. Bu fasilələrin gündə iki saata qədər davam etdiyi bildirilir.

İran Milli Elektrik Şirkətinin rəhbəri Məhəmməd Allahdad yanacaq təchizatında yaranan problemlər səbəbindən elektrik enerjisinin paylanmasında məhdudiyyətlər tətbiq ediləcəyini açıqlayıb.

İran Prezidenti Məsud Pezeşkian isə ölkənin təbii qaz infrastrukturuna qarşı həyata keçirilən hücumların qış aylarında yaranacaq çətinlikləri daha da ağırlaşdırdığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az