logo
logo logo
logo

Türkiyədə 2 iş yerinə silahlı HÜCUM

11:04 - 26 Noyabr 2026

Türkiyədə 2 iş yerinə silahlı HÜCUM

Türkiyənin Çorum şəhərində təkər təmiri sexi və geyim mağazasına silahlı hücum edilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki obyektə maddi ziyan dəyib.

Hadisə Ulukavak məhəlləsinin Akpınar küçəsində baş verib. Məlumata görə, şəxsiyyəti hələ müəyyənləşdirilməyən bir və ya bir neçə nəfər təkər təmiri sexinə və geyim mağazasına tüfənglə atəş açıb. Hücumdan sonra şübhəlilər hadisə yerindən qaçıblar.

Polis hücumu törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az