logo
logo logo
logo

Tramp “süni intellekt” üçün yeni ad təklif etdi

10:17 - 29 Noyabr 2026

Tramp “süni intellekt” üçün yeni ad təklif etdi

ABŞ Prezidenti Donald Tramp “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb.


Manset.az-ın APA-ya istinadən xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib.

    “Fox News” və “The Wall Street Journa”l heç vaxt super intellekt (SI) ifadəsindən istifadə etmirlər. Onlar hər fürsətdə Süni İntellekt (AI) ifadəsini işlətməyə çalışırlar. Amma eybi yoxdur, çünki super intellekt həmişə süni intellekt üzərində üstünlük qazanacaq. Bu, daha dəqiq addır – söhbət süni deyil, super olan intellektdən gedir!

    Şennon Brim onun süni intellekt (AI) adlandırdığı mövzu ilə bağlı veriliş aparır. O, dönə-dönə “süni” sözünü işlədir. Kimsə, zəhmət olmasa, ona izah edə bilərmi ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir!”, - deyə ABŞ Prezidenti vurğulayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az