İrəvanda azərbaycanlı deputatlara hücuma cəhd edən daşnaklar cəzalandırılacaq

16:14 - 23 Fevral 2022

İrəvanda azərbaycanlı deputatlara hücuma cəhd edən daşnaklar cəzalandırılacaq

Ermənistan polisi ötən gün azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd edən 25 nəfərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

 

Manset.az xəbər verir ki, erməni mənbələrinin məlumatına görə, bu barədə vəkil Benik Qalstyan xəbər verib.

“Qərara əsasən cinayət işi açılıb, adıçəkilən 25 nəfər xuliqanlıq edib”, - deyən hüquq müdafiəçisi saxlanılan şəxslərin öz qanunsuz əməllərinə polis idarəsində davam etdiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı deputatların qaldığı hotelə hücum edənlər Ermənistanın radikal millətçi “Daşnaksütyun” Partiyasının üzvləri olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az