Rusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib.
Manset.az musavat.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.
“Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib.
Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib.