Ukraynanın Mariupol şəhərindən yaşayış evlərinin dağıdılmış görüntüləri yayılıb.
Manset.az xəbər verir ki, Türkiyənin TRT Haber kanalının müxbiri hadisə yerindən canlı yayıma çıxıb.
Görüntülərdə bir tərəfdən dağıdılmış evlər, digər tərəfdən top səslərindən təlaşa düşən sakinlər əks olunur.
İnsanların bəziləri şəhəri tərk etsələr də, bəziləri evlərindən çıxmayıblar.
Həmçinin sakinlər arasında yaralıların olduğu bildirilir.
Görüntüləri təqdim edirik: