“Dialoqa hər zaman hazır olacağıq” - Lavrov

18:55 - 24 Fevral 2022

“Dialoqa hər zaman hazır olacağıq” - Lavrov

“Təəssüf ki, qərbli dostlarımız beynəlxalq hüquqa hörmət etmir, onu məhv etməyə və “qaydalara əsaslanan nizam” adlandırdıqları şeyi təbliğ etməyə çalışırlar”.

Manşet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

 “Amerikalı həmkarlarımızla, digər NATO üzvləri ilə gərgin və ətraflı müzakirələr apardıq. Ümid edirik ki, beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə qayıtmaq üçün hələ şans var. Şübhəsiz ki, bizi ədalətə və BMT Nizamnaməsinin prinsiplərinə qaytaracaq dialoqa hər zaman hazır olacağıq”, - Lavrov vurğulayıb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az