“Ukrayna ordusu düşmənin hücumlarını dayandırıb” - Zelenski

20:22 - 24 Fevral 2022

“Ukrayna ordusu düşmənin hücumlarını dayandırıb” - Zelenski

“Silahlı Qüvvələrimiz Donbassda mükəmməl işlər görür. Ukrayna hərbçiləri düşmənin hücumlarını dayandırıb, əməliyyat fasiləsi yaranıb”.

Manşet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski deyib. 

“Xarkov istiqamətində vəziyyət çox çətindir. Qüvvələr şəhəri qorumaq üçün çalışır. Onlar etibarlıdır", - Ukrayna lideri bildirib.

Prezidentin sözlərinə görə, ən problemli vəziyyət cənubdadır.

“Qoşunlarımız Xerson ətrafında şiddətli döyüşlər aparır” Zelenskinin sözlərinə görə, rusiya Ordusu Krımdan Melitopol istiqamətində hərəkət etməyə çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az