Ukrayna Prezidenti Volodimir Zelenski qərb ölkələrinin onlara silah yardımı etməsi ilə bağlı məlumat yayıb.
Manset.az xəbər verir ki, bununla bağlı Zelenski özünün tviter hesabında açıqlama verib.
O bildirib ki, diplomatik cəbhənin yeni günündə söhbət Fransa Prezidenti Emmanuel Makronla başlayıb: “Bizim müttəfiqlərimizin silah və avadanlıqları Ukrayna istiqamətində yoldadır. Anti-müharibə koalisiyası iş başındadır”.