Avropa İttifaqınını hava məkanını bağlamasından sonra bir Rusiya təyyarəsi İstanbul hava limanına məcburi eniş edib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyaya məxsus hava gəmisi İtaliyaya getmək üçün Türkiyənin hava məkanından keçib. Ancaq Avropa İqqifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən Yunanıstanın hava məkanına girə bilməyib.
Yanacaq əlavəsi etməyə məcbur olan təyyarə İstanbul hava limanına enib. Təyyarənin içində sərnişin olmadığı və İtaliyadan bir heyət götürmək üçün Moskvadan hərəkət etdiyi bildirilib.
14 nəfərlik ekipajın sabah Moskvaya dönəcəyi qeyd edilib.