Ukrayna prezidenti Volodimir Zelenski "Rusiya Federasiyasına məxsus mülklərin məcburi şəkildə, kompensasiya ödənilmədən əl qoymaq" haqqında qanununu imzalayıb.
Manset.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə "Verxovnaya Rada"nın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, "Verxovnaya Rada" bu qanun layihəsi də daxil olmaq 14 qanunu martın 3-də keçirilən plenar iclasda təsdiqləyib.