Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı - VİDEO

00:58 - 15 Mart 2022

Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı - VİDEO

Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz olaraq “Müharibəyə yox” plakatı ilə studiyaya daxil olan Marina Ovsyannikova saxlanılıb.

Manset.az xəbər verir ki, bunu “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib. Marina studiyadakı aksiyasına başlamazdan əvvəl video-müraciət hazırlayıb. O, atasının ukraynalı, anasının rus olduğunu və onların heç vaxt düşmən olmadıqlarını deyib. 

“Təəssüf ki, mən son illər “Birinci Kanal”da işləyirəm, Kremlin təbliğatı aparıram. İndi isə mən bundan çox utanıram. Televiziya ekranından yalan danışmağa icazə verdiyim üçün utanıram. Rus xalqını zombiləşdirməyə icazə verdiyim üçün utanıram”.

Vəkil Pavel Çikov bildirib ki, Ovsyannikovaya qarşı Rusiya silahlı qüvvələrini nüfuzdan salmaq üçün İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə əsasən hərbi senzura haqqında protokol tərtib edilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az