Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumat paylaşıb.
Manset.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları başlayan gündən qonşu ölkələrə keçən qaçqınların sayının 3 milyona çatdığı açıqlanıb.
BMT-nin miqrasiya təşkilatı BMqT-nin sözçüsü Paul Dillon BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında bildirib ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi zamanı qonşu ölkələrə keçən qaçqınların sayı 3 milyona çatıb ki, bunun da 1,4 milyonu uşaqdır.