Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi məlum OLDU - FOTO

17:57 - 15 Mart 2022

Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi məlum OLDU - FOTO

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında keçirilən danışıqların 4-cü raundunda müzakirə olunan mövzular məlum olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə paylaşım edib.

“Danışıqlar davam edir. Əsas danışıqlar platformasında məsləhətləşmələr bərpa olunub. Nizamlanmanın ümumi məsələləri, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması müzakirə olunur”, - deyə Kiyev rəsmisi vurğulayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az