Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında keçirilən danışıqların 4-cü raundunda müzakirə olunan mövzular məlum olub.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə paylaşım edib.
“Danışıqlar davam edir. Əsas danışıqlar platformasında məsləhətləşmələr bərpa olunub. Nizamlanmanın ümumi məsələləri, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması müzakirə olunur”, - deyə Kiyev rəsmisi vurğulayıb.
