Ukrayna ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən tamamilə azad etdi

22:16 - 02 Aprel 2022

Ukrayna ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən tamamilə azad etdi

Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə Manset.az Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.

"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az