Pakistan ordusu ölkədəki siyasi böhranda iştirakını inkar etdi

17:31 - 03 Aprel 2022

Pakistan ordusu ölkədəki siyasi böhranda iştirakını inkar etdi

Pakistan silahlı qüvvələrinin ölkədəki siyasi böhran və parlamentin, nazirlər kabinetinin buraxılması ilə heç bir əlaqəsi yoxdur.

 

Manset.az xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Silahlı Qüvvələrin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-mayor Babar İftixar bildirib.

Geo.tv-nin hərbi müdaxilə ilə bağlı sualına o, "Qətiyyən yox" deyə cavab verib.

Qeyd edək ki, müxalifət bundan əvvəl ordunu ölkədəki siyasi hadisələrdə iştirakda ittiham etmişdi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az