Xanım namizəd prezident seçiləcəyi təqdirdə hicaba qadağa qoyacaq

17:34 - 04 Aprel 2022

Xanım namizəd prezident seçiləcəyi təqdirdə hicaba qadağa qoyacaq

Fransada prezidentliyə namizəd Marin Le Pen seçiləcəyi təqdirdə hicabın qadağan edilməsini istədiyini bildirib.


Manset.az-ın məlumatına görə, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək. 

İfrat sağçı Milli Birlik partiyasının lideri və prezidentliyə namizəd Marine Le Pen BFM TV-də qatıldığı verilişdə "İctimaiyyətdə hicab qadağası qoymaq istəyirəm" deyib. 

Məktəblərdə hicab qadağasını genişləndirmək və ictimaiyyətə yaymaq istədiyini deyən Le Pen, immiqrasiya qadağası ilə bağlı referendum keçirəcəyini də dilə gətirib.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az