Fransada prezidentliyə namizəd Marin Le Pen seçiləcəyi təqdirdə hicabın qadağan edilməsini istədiyini bildirib.
Manset.az-ın məlumatına görə, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək.
İfrat sağçı Milli Birlik partiyasının lideri və prezidentliyə namizəd Marine Le Pen BFM TV-də qatıldığı verilişdə "İctimaiyyətdə hicab qadağası qoymaq istəyirəm" deyib.
Məktəblərdə hicab qadağasını genişləndirmək və ictimaiyyətə yaymaq istədiyini deyən Le Pen, immiqrasiya qadağası ilə bağlı referendum keçirəcəyini də dilə gətirib.
