61 yaşlı Hollivud aktyoru Jan-Klod Van Damma Konqo Demokratik Respublikasının diplomatik pasportu verilib.
Manset.az “Actualite” nəşrinə istinadən xəbər verir ki, diplomatik pasportu ona ölkənin xarici işlər nazirinin müavini Sami Adubanqo təqdim edib və qeyd edib ki, Konqo rəhbərliyi aktyorun gənclərə müsbət təsirini vurğulayıb.
Bildirilir ki, diplomat statusunda olan aktyor vəhşi təbiətin qorunması və bütün dünyanın Afrika regionundakı ekologiya probleminə diqqətini çəkməklə məşğul olmaq niyyətindədir.
Van Dammın fikrincə, Konqo ərazisində biomüxtəlifliyin qorunması vacib məsələdir. O, həmçinin Konqo iqtisadiyyatına, xüsusilə də kənd təsərrüfatına investisiya axınını təşviq etmək niyyətindədir.