Sevgilisi Rihannaya onunla xəyanət etdi - FOTOLAR

11:04 - 15 Aprel 2022

Sevgilisi Rihannaya onunla xəyanət etdi - FOTOLAR

Hamilə olan amerikalı müğənni Rihannanın reper sevgilisi A$AP Rocky-dən (əsl adı Rakim Mayers) ayrıldığı iddia olunur.

 

Manset.az xəbər verir ki, bu barədə dəb inflüyenseri Luis Pizano tviterdə yazıb.

Yayılan məlumata görə, reper Rihannaya dizayner Əminə Muaddi ilə xəyanət edib.

Rihanna adıçəkilən dizaynerin brendinin fanatıdır və tez-tez onun hazırladığı ayaqqabıları geyinir.

Cütlük şayiələri şərh etməyib.

Daha əvvəl reperin digər xəyanəti barədə şayiələr dolaşmağa başlamışdı. Rihanna rəfiqəsi Megan Thee Stallion-u (əsl adı Meqan Covon Rut Pit) instaqramdan izləmədən çıxarmış, özünün “Savage & Fenty” brendinin səhifəsindən Meqanın şəkillərini silmişdi. KİV-in ehtimalına görə, Rihanna A$AP Rocky-nin onunla eşq yaşamasından şübhələnib.  

Qeyd edək ki, Rihannanın hamilə olması bu ilin yanvarında məlum olub. Müğənni artıq bu halı ilə bir neçə dəfə fotosessiya etdirib.

Sevgilisi Rihannaya onunla xəyanət edib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az