Müharibə zamanı Ukraynada öldürülən dinc əhalinin yeni sayı AÇIQLANDI

18:19 - 18 Aprel 2022

Müharibə zamanı Ukraynada öldürülən dinc əhalinin yeni sayı AÇIQLANDI

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı yeni məlumatlar paylaşıb.

Manşet.az xəbər verir ki,  BMT Rusiya-Ukrayna müharibəsində Ukraynada ən azı 2 min 72 mülki şəxsin öldüyünü, 2 min 818 nəfərin yaralandığını, 4 milyon 934 min 415 nəfərin isə hücumlardan sonra qonşu ölkələrə keçdiyini açıqlayıb.

Qeyd olunub ki, 24 fevral-17 aprel tarixləri arasında yarısından çoxu Polşaya olmaqla Ukraynadan 4 milyon 934 min 415 nəfərin qonşu ölkələrə gedib. 

Bildirilib ki, mülki əhali arasında tələfatların çoxu geniş təsir spektrinə malik partlayıcı silahların istifadəsi, o cümlədən ağır artilleriya və reaktiv yaylım atəşi sistemlərinin bombardmanları və hava zərbələri nəticəsində baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az