Kanada Ukraynaya ağır artilleriya göndərəcək

23:31 - 19 Aprel 2022

Kanada Ukraynaya ağır artilleriya göndərəcək

Kanada hakimiyyəti Ukraynaya ağır artilleriya göndərəcək.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.

Trüdonun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.

Martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az