Böyük Britaniyanın Baş naziri Boris Johnson, karantin zamanı iştirak etdiyi şənlikdə qaydaları pozduğu üçün "tam ürəkdən" üzr istədiyini söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Conson, 2020-ci ilin iyun ayında özünün sürpriz ad günü şənliyinə qatıldığı üçün 50 funt sterlinq cərimə edilmişdi.
Ölkədə milyonlarla insana dostları və ailəsi ilə görüşmək, hətta yaxınlarının dəfn mərasimində iştirak etmək qadağan edilən bir zamanda Consonun şənlikdə iştirakı ölkə gündəmində idi.
Conson sadəcə bir tort ilə tamamlanan ad günü məclisinin şənlik kimi qiymətləndirildiyini "düşünmədiyini" deyib.
O, üzrxahlığında qaydaları bilə-bilə pozmadığını, Parlamenti yanlış yönləndirmədiyini və istefaya çağırışlardan imtina etdiyini bildirib.