"Rusiya hərbçiləri mayın 9-na qədər Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən "quru dəhlizi"ni saxlamaq istəyirlər."
Manset.az xəbər verir ki, bunub "RBC-Ukrayna"ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik bildirib.
"İndi onların məqsədi tam aydındır. Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq." - deyə o bildirib.
Polkovnikin sözlərinə görə, gələcəkdə ruslar mümkün qədər çox ərazini ələ keçirmək məqsədilə digər bölgələrdə, xüsusilə Xerson ərazisində hücum hazırlaşacaqlar. Motuzyanik onu da qeyd edib ki, indi Rusiya hərbiçiləri qüvvələr toplayır.