İsveçin müxtəlif şəhərlərində Pasxa bayramları zamanı polisin himayəsi altında Quranı yandıraraq müsəlmanları təhrik edən Paludan təxribatlarını Danimarkada da davam etdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Danimarka və İsveç vətəndaşlığı olan ifrat sağçı siyasətçi Rasmus Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimi yandırır.
2021-ci ilin Ramazan ayında Danimarkada 30 gün Quran yandırmaq üçün təxribat törədən Paludan müsəlman məhəllələri və məscidlərin yaxınlığında polisin mühafizəsi altında təxribatlarını indi də davam etdirir.