Məhkəmədə Saakaşvilinin halı pisləşdi

13:58 - 20 Aprel 2022

Məhkəmədə Saakaşvilinin halı pisləşdi

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı iş üzrə növbəti iclas keçirilir.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Interpress.ge” yayıb. Məlumata görə, məhkəmə prosesi zamanı Saakaşvilinin vəziyyəti pisləşib. 

Bunun ardınca hakim Nino Çaxnaşvili bir neçə dəqiqəlik fasilə elan edib. 

Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidə həbsxanaya yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az