Kraliça Elizabetin 96 yaşı tamam oldu - Uzun ömrün sirləri

16:52 - 21 Aprel 2022

Kraliça Elizabetin 96 yaşı tamam oldu - Uzun ömrün sirləri

Taxtda ən uzun müddət olan şəxs kimi tarixə düşən kraliça II Elizabetin 96 yaşı tamam olub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Britaniya mədəniyyəti ilə bağlı araşdırmaları ilə tanınan Brayan Kozlovski kraliçanın uzun və sağlam ömür sürməsinin sirlərini açıb.

Bir çox insanlar sağlam həyat üçün ciddi bir fitnes proqramının zəruri olduğunu düşünsə də, Kraliça onun üçün sürətli gəzinti və at sürmə kimi daha ağlabatan idmanın faydalarına inanır.

II Elizabet də, hamı kimi sadə və əsas qidalara üstünlük verir.

Kraliçanın sevimli yemək ritualı sendviç və kökələrlə çay içməkdir. Hətta kiçik bir dilim tort da yeyir.

Kraliçanın gözəllik məhsullarını qiymətləndirən Kozlovski iddia edir ki, həddindən artıq qiymətli brendlər kral dairəsində yaxşı qarşılanmır. 

Onun sözlərinə görə, Elizabet illərdir münasib qiymətli məhsullardan istifadə edib. 

Kraliça nadir hallarda makiyaj edir və illərdir ki, tətil üçün günəşdən uzaq yerlərə üstünlük verir.

Kozlovski Kraliçanın çox maraqlı olduğunu və vaxtını sənədləri araşdırmağa sərf etdiyini bildirir. 

Onun sevimli fəaliyyəti Bukingem sarayında keçirilən brifinqlər zamanı nazirlərə heç bir şey bilmədikləri siyasət və ya konstitusiya məsələləri haqqında danışaraq üstünlük əldə etməkdir.

Dəyişiklərə və uyğunlaşmağa hər zaman hazırdır. Bu da uzun ömür və dolğun bir həyat yaşamağa kömək edir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az