Ərdoğan pencəyini çıxarıb, gənclərlə stolüstü tennis oynadı - VİDEO

09:20 - 23 Aprel 2022

Ərdoğan pencəyini çıxarıb, gənclərlə stolüstü tennis oynadı - VİDEO

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda iftarını tələbələrlə açıb.

 

Manset.az "Haber Global"a istinadla xəbər verir ki, ölkə başçısı iftarda "Memar Sinan" yataqxanasında qalan tələbələrlə görüşüb.

Ərdoğan söhbətinə davam edərkən pencəyini çıxararaq gənclərlə stolüstü tennis oynayıb.

İftardan sonra danışan prezident tələbələrə təqaüd və kredit ödənişləri ilə bağlı müjdə verib.

"Təqaüd ödənişləri ayın 1-10 arası köçürdü. May ayı üçün təqaüd ödənişlərini bu ayın 25-dən etibarən edəcəyik. Əvvəlcədən uğurlar" - deyə, ölkə başçısı qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az