İranda generalın oğlu öldürüldü

14:46 - 23 Aprel 2022

İranda generalın oğlu öldürüldü

İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin komandanının müavini general Pərviz Absalanın oğlu Mahmud Absalan naməlum şəxslər tərəfindən öldürülüb.

Manset.az  ILNA-ya istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində olub.

Məlumata görə, hadisə baş verən zaman Mahmud Absalan Zahidandakı nəzarət-buraxılış məntəqələrindən birində olub. Bildirilib ki, avtomobillə keçən naməlum şəxslər atəş açaraq onu öldürüblər. Mahmud Absalan İnqilab Keşikçiləri Qvardiyasının generallarından birinin mühafizəçisi işləyirmiş.

Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlirza Mərhəməti hücum etməkdə şübhəli bilinənlər Zahidan şəhərinin girişindəki nəzarət buraxılış məntəqəsində tutulublar.

Qeyd edək ki, Sistan-Bəlucistan İran üçün gərginlik mənbələrdəndir. Bu əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Hər üç ölkənin sərhədində əsasən, bəluclar yaşayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az