"Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük” - Yelena Zelenskaya

15:00 - 23 Aprel 2022

\"Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük” - Yelena Zelenskaya

“İndiyədək 973 ukraynalı uşaq Türkiyəyə təxliyə edilib”.

Manset.az xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya “Anadolu”ya müsahibəsində deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla müharibədən əvvəl başlanan dostluğumuz indi daha da güclənib. Uşaqlarımız üçün təhlükəsiz yer axtaranda Türkiyə ən çox üstünlük verdiyimiz ölkələrdən oldu. Bizə bu mövzuda kömək etməsi üçün Əminə xanıma müraciət etdim. Nəticədə Türkiyənin dəstəyini sözdə yox, əməldə gördük”, - o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az