İtaliya hökuməti Ukraynaya daha güclü silahların verilməsi ilə bağlı 3-cü dekret imzalamağa hazırlaşır.
Manset.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Məlumata görə, İtaliya bu dəfə Ukraynaya PzH 2000 özüyeriyən artilleriya qurğuları və SİDAM 25 hava hücumundan müdafiə sistemləri göndərəcək.
Nəşr bildirib ki, yardım paketi çərşənbə axşamı NATO-nun Almaniyadakı “Ramştayn” bazasında müttəfiqlərlə birlikdə razılaşdırılacaq.
Yeni dekret İtaliya Baş naziri Mario Draqinin Kiyevə səfəri ərəfəsində imzalanacaq.