İran Körfəzdə iki gəmini saxladı

19:25 - 24 Aprel 2022

İran Körfəzdə iki gəmini saxladı

İran Körfəzdə yanacaq qaçaqmalçılığına şübhəli bilinən xarici ölkələrə məxsus iki gəmini saxlayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.

O bildirib ki, Körfəzin şimalında 200 min litr yanacaq daşıyan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.

Gəminin hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.

Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az