Almaniya bu ölkədən 60 ədəd helikopter alır

20:00 - 24 Aprel 2022

Almaniya bu ölkədən 60 ədəd helikopter alır

Almaniya ABŞ-dan 60 ədəd yeni "Chinook" helikopteri almağa hazırlaşır.

 

Manset.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, "CH-47F" tipli ağır nəqliyyat helikopterləri Amerika istehsalçısı "Boinq"dən təxminən 5 milyard avroya alınır. Onlar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra kansler Olaf Şoltsun yaratdığı təxminən 100 milyardlıq xüsusi fonddan ödəniləcək. Bununla da, ölkə iqtisadiyyatdan zəifləmiş alman ordusunun gücünü bərpa etməyə çalışır.

Qeyd olunur ki, yeni helikopterlərin seçilməsinin vacib səbəbi NATO müttəfiqlərinin çoxunun onlardan istifadə etməsidir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az