Son sutkada Ukrayna ordusu rusların 7 hücumunu dəf etdi

10:38 - 25 Aprel 2022

Son sutkada Ukrayna ordusu rusların 7 hücumunu dəf etdi

Ukrayna Silahlı Qügvvələri təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Həmçinin, Rysiya tərəfinin on üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnikası, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyanı məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub.

Qeyd edək ki, bu gün Rusiya-Ukrana müharibəsinin 61-ci günüdür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az