Ermənistan ordusunun zabiti saxlanıldı

12:33 - 25 Aprel 2022

Ermənistan ordusunun zabiti saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin Silahlı Qüvvələrinin zabitini dövlətə xəyanətdə ittiham edərək saxlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, sözügedən zabit başqa bir ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Əməkdaşlıq barədə yazılı razılığını verən erməni zabit kod adı və təqdim etdiyi məlumatlar qarşılığında 1400 dollar əldə edib. Onun təqdim etdiyi məlumatlara xaricdə hərbi akademiyada təhsil aldığı tələbə yoldaşları, eləcə də öz hərbi hissəsinin komandir heyəti ilə bağlı informasiyalar aid olub.

Bununla yanaşı, zabit 44 günlük müharibə zamanı istifadə olunan texnika və texnika ilə bağlı itkilər barədə məlumatları da qarşı tərəfə ötürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az