ABŞ Prezidenti Co Bayden Bricit Brinkin ölkənin Ukraynadakı səfiri vəzifəsinə namizədliyini rəsmi olaraq elan edib.
Manset.az “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın Ukraynadakı səfiri vəzifəsi hələ 2019-cu ildən boşdur. ABŞ-ın Ukraynadakı missiyasına iki müvəqqəti işlər vəkili rəhbərlik edib. Bunlardan biri əvəllər səfir olan Uilyam Teylor, digəri isə hələ də missiyaya rəhbərlik edən Kristina Kvindir. Bricit Brink isə hazırda ölkənin Slovakiyadakı səfiri olaraq fəaliyyət göstərir.