Kulebadan BMT-yə ÇAĞIRIŞ

08:12 - 26 Aprel 2022

Kulebadan BMT-yə ÇAĞIRIŞ

Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Birləşmiş Millətlər Təşkilatını Mariupol limanının boşaldılması üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Manset.az xəbər verir ki, ”Associated Press” agentliyinə müsahibəsində Dimitri Kuleba BMT-nin Baş katibi Antonio Quttereşin Kiyevə səfərindən əvvəl Moskvaya getməsindən narahat olduğunu və onun müharibədə Rusiyanın "tələsinə" düşə biləcəyindən narahatlığını bildirib.

“Quttereş əvvəlcə bir məsələyə diqqət yetirməlidir, o da Mariupolun boşaldılmasıdır”, -deyə Kuleba qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az