Ukraynada ağır zərbə alan Rusiyanın hədəfi – Əsas diqqət bu yöndədir

13:15 - 26 Aprel 2022

Ukraynada ağır zərbə alan Rusiyanın hədəfi – Əsas diqqət bu yöndədir

İngiltərə müdafiə naziri Ben Uolles Ukraynada 15 min rus hərbçisinin öldürüldüyünü açıqlayaraq, Rusiyanın indiyədək bütün hədəflərində uğursuzluğa düçar olduğunu bildirib.

 

Manset.az Teleqraf.com-a istinadən xəbər verir ki, Uolles, həmçinin, ən azı 530 tank və 2 mindən çox zirehli texnikanın məhv edildiyini və ya qənimət kimi götürüldüyünü deyib.

Rusiyanın 60-dan çox helikopter və döyüş təyyarəsini itirdiyini söyləyən ingilis nazir Qara dəniz donanmasının “Moskva” kreyserinin də batdığını xatırladıb.

“Rusiya indiyə qədər demək olar ki, bütün məqsədlərinə nail ola bilməyib. Bu uğursuzluğun fərqində olan Rusiya komandanlığı qüvvələri yenidən qruplaşdırır, əməliyyatlara əlavə qüvvələr cəlb edir. İndi əsas diqqətini Donetsk və Luqansk bölgələrinin saxlanılmasına və ya təhlükəsizliyinə yönəldib”, - Uolles vurğulayıb.

İşğalın növbəti mərhələsində Rusiyanın Donbasda daha çox əraziləri ələ keçirməyə və bölgəni Mariupol vasitəsilə Krıma birləşdirməyə cəhd edəcəyini proqnozlaşdırdıqlarını bildirən Uolles Ukraynaya təcili yardım və silahların verilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az